Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb? – FOTO + YENİLƏNİB

OXUNUB: 812 SOSİAL

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobilin ötən gecə cərimə meydançasına aparılması ilə bağlı məlumat yayılıb.

İcmal.Az xəbər verir ki, H. Hacıyev məsələ ilə bağlı Qafqazinfo-ya açıqlama verib. 

O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur: "Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç avtomobili də yoxdur. Kimsə mənə böhtan atır”.

10:38

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılıb.

İcmal.Az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı yol polisindəki mənbə verib.

Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli "Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, "Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən "Toyota Avalon” və "Niva” markalı avtomobillərlə ötüşməyə başlayıb. 

Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç avtomobil cərimə meydançasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. Fatimə Hacıyevanın cəzasını məhkəmə müəyyənləşdirəcək.

 

RƏYLƏR