Hakimin lifti sındırmasının səbəbi bilindi - ORTADA MƏHKƏMƏ QƏRARI VAR

OXUNUB: 270 HADİSƏ
Bu gün Bakı şəhər, Xətai rayonu, 8 Noyabr prospekti, Yeni Həyat yaşayış kompleksində Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun lifti sındırması barədə görüntülər yayılıb.

Qeyd edək ki, jurnalist Eynulla Fətullayev tərəfindən yayılan görüntülərdə hakimin lifti sındırdığı açıq şəkildə görüntülənib.
 

Gununsesi.info olayla bağlı araşdırma aparıb. Məlum olub ki, hakimin bu hərəkətinə səbəb MTK rəhbərliyinin özbaşınalığıdır.
 
Belə ki, MTK rəhbərliyi həmin binada yaşayan sakinlərdən qanunsuz ödənişlər tələb edib. Sakinlər bu günə qədər 500 manata yaxın kommunal ödənişlər edib.

MTK rəhbərliyi sakinlərdən əlavə olaraq pullar tələb edib. Həmin sakinlər isə bu tələblə razılaşmayıb və MTK-ya qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə qərarında da problemin həllinə qədər liftlərin dayandırılmaması barədə xüsusi qərar çıxarılıb.

Ancaq MTK rəhbərliyi məhkəmə qərarına məhəl qoymadan liftdən istifadə üçün xüsusi elektron vasitə quraşdırıb. Bir neçə dəfə cərahiyyə əməliyyatı keçirən Zamiq Bağırov bu addımı atmağa məcbur olub.


 

RƏYLƏR