“Hamı kimi Yasamal icra hakimiyyətinə pul verib tikmişəm” – Video

OXUNUB: 477 index-manşet SOSİAL HADİSƏ

Bakı sakini Bəxtiyar Hüseynov bildirir ki, onun yaşadığı Yeni Yasamal 1, Dadaş Bünyazadə küçəsində qanunsuz tikili avtomobil və piyadaların hərəkətinə mane olur.
Vətəndaş məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə dəfələrə müraciət edib, heç bir xeyri olmayıb.
Onun sözlərinə görə, karantin vaxtı yolu zəbt edib tikiblər, hazırda gediş-gəliş yolunu kəsiblər: "Heç bir sənədi olmadan qanunsuz tikinti aparıblar. Yasamal icra hakimiyyəti qanunsuz tikintiyə icazə verib.
Dəfələrlə ayrı-ayrı rəsmi şəxslərə şikayət etmişik, məlumatlıdırlar, hətta gəlib tör-töküntüyə görə cərimə ediblər, amma yenə tikib qurtarıblar, öz bildiklərini ediblər. Əgər bir yanğın hadisəsi olsa, yanğınsöndürən əraziyə girə bilməyəcək”, – deyə B.Hüseynov şikayətlənir.
Tikintini aparmış şəxs isə etiraf edir ki, Yasamal icra hakimiyyətinə pul verib inşa işləri aparıblar: "Hamı pul verib işini gördürür, biz də elə…”
Şikayətçi deyir ki, bununla qonşu özü pul verdiyini təsdiqləyir. Həmin video reportajı təqdim edirik və məsələ ilə əlaqədar Yasamal İH-nin və icra başçısı Elşad Həsənovun mövqeyini işıqlandırmağa hazırıq./Reportyor.info



 

RƏYLƏR