Bu gün İngiltərədə uşağını doğub, ayaqqabı qutusuna qoyaraq imtahana gedən qızın məhkəməsi keçirilib.
Yataq otağında gizlicə doğum edən 19 yaşlı tələbə uşağın ağlamadığını gördükdə onu ayaqqabı qutusuna qoyub, yatağın altında gizlədib, imtahana gedib.
Ayşə Tariq adlı tələbə məhkəmədə hönkürüb. O, ifadəsində ailəsini enli paltarlar geyinərək aldatdığını etiraf edib.
O bildirib ki, uşağı yataq otağında doğub, onun ağlamadığını gördükdə ayaqqabı qutusuna qoyub, yatağın altında gizlədib, sonra da universitetə gedib.
Ayşənin anası 3 gün sonra evdən qəribə iy gəldiyini hiss edib və evdə təmizlik edəndə yatağın altında gizlədilən körpə cəsədini tapıb.
O, anasına 2 nəfər tərəfindən zorlandığını söyləsə də, polisə sevgilisi ilə yatdığını etiraf edib./milli


İcmal.Az

























