"Haqsızlıqlarınızın yer aldığı çox videolar var əlimizdə..." - Rəqsanə qızının müdafiəsinə qalxdı

OXUNUB: 683 ŞOU-BİZNES
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun 1 nömrəli körpələr evinə gələn ərzaqların və uşaq bezlərinin baş həkim tərəfindən öz evinə daşınmasını əks etdirən video paylaşıb.

İcmal.Az xəbər verir ki, baş həkim Nəhayət Əliyeva buna görə Aysunu məhkəmə ilə hədələyib. Bunu eşidən Rəqsanə qızının müdafiəsinə qalxıb:
 

"Bir neçə gündür mətbuatda qızım Aysunun körpələr evi ilə bağlı çəkdiyi və paylaşdığı görüntülərdən danışılır. Övladımın etdiyi bu hərəkət alqışlanmalıdır. Yetimin haqqı yeyilir, Azərbaycan gəncləri belə olmalıdır, haram yeyənlərin basıb gözünü çıxarmalıdırlar. O ki qaldı kiminsə övladımı məhkəmə ilə hədələməsinə, qızımın yanındayam. O insanlara demək istəyirəm ki, hələ o nə videodur... Haqsızlıqlarınızın yer aldığı nə videolar var əlimizdə. Dəfələrlə Dövlət Başçımız öz çıxışlarında deyib ki, vəzifəsindən sui istifadə edən, rüşvət yeyən, insanlara qarşı haqsızlıq edənləri aşkara çıxardıb, bildirin. Mənim övladım əsl azərbaycanlı gəncin atacağı addımı atıb. Cavab verin, niyə daşıyıb aparırsınız? Gec-tez burnunuzdan gələcək. Övladıma kimin sözü varsa, məni yığsın".

Qeyd edək ki, baş həkim Aysunu məhkəməyə verməklə hədələyib.
 
İcmal.Az

RƏYLƏR