"Harda müsəlman görsək öldürək" deyə status yazan oğlan həbs edildi - FOTO

OXUNUB: 874 DÜNYA

İngiltərədə sosial şəbəkədə müsəlmanlarla bağlı nifrət dolu status yazan şəxs həbs olunub.

Keegan Jakovlevs adlı 22 yaşlı gənc Feysbuk-da "Gəlin harda müsəlman görsək öldürək" statusunu yazdığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bu ilin may ayında baş verən Mançester teraktından sonra belə bir paylaşım edib, sonra da silən Keegan ötən gün "Mold Crown"da hakim qarşısına çıxarılıb. O, status yazdığını etiraf edib. Məhkəmədə onun 1 illik həbs olunması ilə bağlı qərar qəbul edilib.

 

Qeyd edək ki, may ayının 22-də baş verən Mançester terroru zamanı 22 nəfər ölüb./milli

 

İcmal.Az

RƏYLƏR