Hatay zəlzələləri Suriyada dağıntılara səbəb oldu: 470 YARALI VAR

OXUNUB: 339 Özəl DÜNYA
Suriya İnsan Haqları Müşahidə Qrupu Hatay mərkəzli zəlzələlər nəticəsində ən az 470 nəfərin yaralandığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Hatayın Defne və Samandağ rayonlarında baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlər Livan, İsrail və Misir başda olmaqla bir çox ölkədə hiss edilərkən, qonşu Suriyada 470-dən çox insanın yaralandığı açıqlanıb. Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, Suriyanın şimal-qərbində silahlı qrupların nəzarətində olan ərazilərdə azı 150 nəfər yaralanıb. Dəməşq administrasiyasının nəzarətində olan ərazilərdə 320-dən çox adam yaralanıb.

7NEWS.az

RƏYLƏR