Hatayda 6,4 bal gücündə zəlzələ nəticəsində 6 nəfər həyatını itirib

OXUNUB: 276 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kahramanmaraşda 11 vilayətdə baş verən iki güclü zəlzələdən sonra Hatayda daha iki zəlzələ baş verib. Mərkəzi Dəfnədə olan 6,4 bal gücündə zəlzələdən sonra Samandağda 5,8 bal gücündə zəlzələ baş verib. 3 dəqiqəlik fasilələrlə baş verən zəlzələlər bir çox şəhərdə güclü hiss olunub. AFAD zədələnmiş binalara girməmək barədə xəbərdarlıq edib və sunami xəbərdarlığının ləğv edildiyini açıqlayıb. 

7NEWS.az

RƏYLƏR