Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
ETSN-dən Pravda.az-a bildirilib ki, Mayın 9-da günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında 11-dək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.
Mayın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 9-u günün ikinci yarısından 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Zəfərimizin 6-cı ildönümü münasibətilə “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib
08.11.2026, 11:46 / Özəl, SOSİAL -
“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib
07.11.2026, 13:45 / Özəl, SOSİAL -
Bakıda BMT sammiti çərçivəsində növbəti ikitərəfli görüşlər keçirilib
07.11.2026, 10:13 / Özəl, SOSİAL -
BMT sammitində Bakı nəticələri elan olunub
06.11.2026, 21:03 / Özəl, SOSİAL -
City Garden Narimanov-da təməldən satış başladı –YENİ ŞƏRTLƏR
06.11.2026, 17:17 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir
06.11.2026, 17:11 / Özəl, SOSİAL -
MDU tələbələri qəhrəmanlıq irsimizi virtual dünyaya daşıyırlar
06.11.2026, 15:47 / SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, HADİSƏ Qızıl Qaya şadlıq sarayında qalmaqal: Gözdən əlillər zəhərləndi, restoran rəhbərliyi onlara hücum etdi - İDDİA
-
HADİSƏ "Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi
-
Səhiyyə, Özəl Ağır məktəb çantası, duruş pozuntusu? Valideynlər, diqqətli olun!






















