Havadakı kəskin qoxunun səbəbi məlum olub

OXUNUB: 542 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin qoxunu yaradan səbəblər müəyyən edilib.

Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub. Aparılan təhlillər zamanı kəskin qoxu daha çox Neft Emalı zavodunun ərazisində, "Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi və Neft Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub.  

Havadan gələn kəskin qoxunun əsas mənbəyi sözügedən zavod və "Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib.

Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır.

İcmal.Az

RƏYLƏR