Havası çirkli olan ölkələrin adları AÇIQLANDI

OXUNUB: 621 DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatı hava çirkliliyi ilə bağlı yeni hesabat hazırlayıb.

İcmal.Az xəbər verir ki, hesabata görə, dünyada havası ən çirkli olan ölkə Hindistan, Avropanın ən çirkli havaya sahib ölkəsi isə Polşadır.

ÜST bu hesabat üçün 4300 şəhərdə araşdırma aparıb. Hesabat hava çirkliliyinin nə qədər böyük bir problem olduğunu bir daha sübut edir. Təşkilatın açıqlamasına görə, dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır. Astma, ağciyər xərçəngi və ürək xəstəliklərinə səbəb olan hava kirliliyindən ən çox zərər görən Hindistandır.

Avropada isə bu problemdən ən çox əziyyət Polşadır. Avropanın havası ən çirkli 20 şəhərindən 16-sı Polşada yerləşirsə, qalan 4 şəhər Bolqarıstandadır.

Avropanın havası ən təmiz şəhəri isə Finlandiyanın Muonio qəsəbəsidir.

İcmal.Az

RƏYLƏR