ABŞ-ın Havay adalarında Kilauea vulkanının zirvə kraterində püskürmə baş verib.
7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) Havay Vulkan Rəsədxanasının Kilauea zirvəsinin kamera görüntülərində püskürmənin başladığını göstərən bir parıltı aşkar etdiyini bildirdi. Püskürmənin başladığı Halemaumau kraterində əmələ gələn çatlardan lava axınının təyin edildiyini bildirən USGS, vulkandakı fəaliyyətin yalnız Halemaumauda olduğunu və təhlükənin püskürmənin gedişatına uyğun olaraq yenidən qiymətləndiriləcəyini bildirib.
7NEWS.az