Həbs edilməyi qadağan olan yeganə insan: Çantasında daşıdığı İNANILMAZ SİRR

OXUNUB: 634 DÜNYA

Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana" filminin unudulmaz personajları Cənnət və Afət duetinə bənzədirlər. Belə ki, son günlər media nümayəndələri kraliçanın rəfindən Harri və Meqanın birgə fotosunun yoxa çıxdığını, yerində isə Uiliyam və Harrinin şəkilinın peyda olduğunu iddia edirlər. Bəs Böyük Britaniyanın ən uzun müddətli taxt sahibi II Yelizaveta haqda başqa nələr bilmək istərdiniz?

Картинки по запросу koroleva ;; Elizaveta

Balaca şahzadə

Böyük Britaniyanın kraliçası II Yelizaveta 21 aprel 1926-cı ildə Londonda hersoq Yorskinin ailəsində dünyaya göz açıb. Tam adı Yelizaveta Aleksandra Meri olan kraliça Vindzor sülaləsindəndir.

Yelizaveta uşaqlıqdan mükəmməl təhsil alır. Bundan əlavə konstitusiya, hüququn əsasları, iqtisadiyyat elmlərinə yiyələnir. Yeniyetmə şahzadə həmçinin atçılıq, rəqs və musiqi ilə də dərindən maraqlanırdı. Saray etiketini isə anasından mənimsəyirdi.

1936-cı ildə Yelizavetanın əmisi Eduard ailəli qadına vurulduğu üçün taxtdan imtina edir və krallığın tacı şahzadənin atasına keçir. Yelizavetanın atası VI Georq taxta gələndən sonra 10 yaşlı Yelizaveta Britaniya hakimiyyətinin varisinə çevrilir. Siyasi karyeraya gedən yolunun başlanğıcında gələcək kraliça konstitusiya tarixi elmini öyrənməyə başlayır. 1940-cı ildə İkinci Dünya Müharibəsinin başlanğıcında Yelizaveta Vindzor sarayına evakuasiya olunur. Savaş illərinin uzun müddətini orada keçirdir. Radio ilə ilk çıxışı 1940-cı ildə müharibədən əziyyət çəkən dünya uşaqlarına müraciəti olur. 1944-cü ildən etibarən dövlət məsləhətçisi təyin olunur. Həmin vaxtdan etibarən Yelizavetaya atası VI Georgun yoxluğunda monarxın öhdəliklərini yerinə yetirmək hüququ verilir. 1945-ci ildə isə hərbi nəqliyyat məşq mərkəzində mexanika avtomobil idarə etməyi öyrənir. İkinci Dünya Savaşı bitəndə şahzadə artıq kiçik komandir rütbəsini alır./publika

İcmal.Az

RƏYLƏR