"Heç kim istəməz ki..." - Oğurluq edən gəncdən MƏSLƏHƏT - VİDEO

OXUNUB: 853 HADİSƏ

Kürdəmir Rayon Polis Şöbəsinə rayon poçt filialının Karlar kənd ərazisində yerləşən şöbəsindən oğurluq edilməsi barədə məlumat daxil olub.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, dərhal istintaq əməliyyat qrupu təşkil edilib və cinayətin üstü isti izlərlə açılıb.

Məlum olub ki, oğurluq hadisəsini törədən Karlar kənd sakini Afşin Qədirovdur. Oğurladıqlarını satmağa macal tapmayan gənc, azadlığın dadını ondan uzaq düşəndə daha yaxşı anlayıb.

Afşin Qədirov - Saxlanılan şəxs: "Girdim kompüterləri götürüb, çıxdım. Məndədir kompüter. Satmağa imkan olmadı. Heç kimə arzulamaram ki, belə bir şey başına gəlsin. Heç kim istəməz ki, azad həyatını 4 divara satsın".

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

İcmal.Az


 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR