Həcc ziyarəti adı altında fırıldaq - Məşhur dizaynerdən dələduzluq

OXUNUB: 633 HADİSƏ
İndoneziyalı Annisa Xasibuan dələduzluqda təqsirləndirilərək 18 il həbs cəzasına məhkum edilib.

İcmal.Az yenicag.az-a istinadən bildirir ki, bu barədə BBC məlumat yayıb.

Xasibuan və onun əri Andika Suraçman dələduzluğu öz turizm şirkətləri "First Travel” vasitəsilə həyata keçiriblər. 2009-cu ildə əsası qoyulmuş şirkət Səudiyyə Ərəbistanına səfərlərin təşkili ilə məşğul idi.

İndoneziya prokurorluğunun bəyanatına görə, ər-arvad Məkkəyə zəvvar turunun təşkili üçün 60 milyon dollar yığıb, nəticədə pulları mənimsəyərək, heç kimi ziyarətə göndərməyiblər.

Ər-arvad ümumilikdə 100 mindən çox müştərini aldadıblar.

Məlumat üçün bildirək ki, 31 yaşlı xanım Xasibuan İslam geyimləri üzrə dünyada məşhur dizaynerlərdən sayılır.
 

İcmal.Az

RƏYLƏR