Həkim iş başında öldü

OXUNUB: 623 HADİSƏ

Çinin Şanksi əyalətində 43 yaşlı həkim iş başında ölüb.

Zhao Biangxiang adlı qadın 18 saat işləyib və səhər saatlarında növbəni dəyişməmişdən əvvəl xəstələrdən birini müayinə etmək istəyərkən huşunu itirib.

Xəstənin qızına "ananız necədir” deyə, soruşandan sonra yerə yıxılan qadına xəstəxanada ilk yardım göstəriblər. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq həkim ölüb. Ölüm səbəbi kimi beyin qan dövranının kəskin pozulması göstərilib./publika

İcmal.Az

RƏYLƏR