Şənbə günü (fevralın 3-də) Suriyada vurulmuş "Su-25” hərbi təyyarəsinin həlak olmuş pilotu Roman Filipova yüksək dövlət mükafatı veriləcək.
Bu barədə "Коммерсантъ” məlumat yayıb.
Məlumata görə,Filipova ölümündən sonra "Rusiya qəhrəmanı” adı veriləcək.
Təyyarənin vurulmasından sonra yerə paraşütlə enən pilot "Nüsrə cəbhəsi” terror qruplaşmasının yaraqlıları ilə sonadək döyüşüb. O, terrorçulara əsir düşməmək üçün özünü partladıb.
Qeyd edək ki, şənbə günü Suriyanın İdlib şəhəri yaxınlığında Rusiyaya məxsus olan "Su-25 hərbi təyyarəsi vurulub.
İcmal.Az

























