Hələbdə 5 mərtəbəli bina uçub: ən azı 10 nəfər ÖLÜB

OXUNUB: 401 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hələb şəhərinin Şeyx Maksud rayonunda 5 mərtəbəli binada çökmə baş verib. Yerli mətbuatın məlumatına görə, hadisə nəticəsində biri uşaq olmaqla 10 nəfər həyatını itirib. Bölgədə mülki müdafiə və yanğınsöndürmə qruplarının axtarış-xilasetmə işləri davam edir. Qəzanın binanın bünövrəsindən su sızması nəticəsində baş verməsi ehtimalına diqqət yetirilir.

7NEWS.az

RƏYLƏR