Həmzə Yusif Şotlandiyanın ilk müsəlman baş naziri oldu

OXUNUB: 171 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Şotlandiyanın Regional Baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) sədri Nikola Sturgeon həm baş nazir, həm də partiya lideri vəzifəsindən istefa verdikdən sonra liderlik yarışında Pakistan əsilli müsəlman Həmzə Yusuf qalib gəlib. 

Şotlandiyanın Maliyyə və İqtisadiyyat naziri Keyt Forbes, Səhiyyə və Sosial Xidmətlər Naziri Həmzə Yusuf və keçmiş Sosial Müdafiə Naziri Eş Reqanın SNP-nin növbəti lideri və Şotlandiyanın Regional Baş naziri olmaq üçün liderlik yarışının nəticələri açıqlanıb.

SNP üzvləri tərəfindən 13 martda başlayan və 14 gün davam edən səsvermədən sonra 26 min 32 səslə yarışı qazanan Yusuf partiyanın yeni lideri oldu.

7NEWS.az

RƏYLƏR