Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

OXUNUB: 586 SOSİAL

Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da, saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Bu bardə İcmal.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Orkestrlər şəhərin müəyyən edilmiş beş nöqtəsində çıxış edəcək:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında;

- Fəvvarələr meydanında.

İcmal.Az

RƏYLƏR