“Hesab edirəm ki, qanun layihəsi ilə bağlı ikinci dinləmə də maraqlı müzakirələrlə yadda qalacaq” – DEPUTAT

OXUNUB: 373 GÜNDƏM Özəl SİYASƏT
 

"Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı birinci dinləmə olduqca maraqlı keçdi və həmin dinləmədə çox dəyərli fikirlərə rast gəlindi, geniş müzakirələr oldu. Hesab edirəm ki, ikinci dinləmənin də gedişatı maraqlı məqamlarla, müzakirələrlə, polemikalarla yadda qalacaq və yekunda çox mükəmməl bir hüquqi sənəd ərsəyə gələcək” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Birinci dinləmədə demək olar ki, bütün siyasi partiyalar iştirak edirdi. Hamı öz fikrini dedi və danışmaq istəyən hər kəs üçün şərait yaradıldı. Düzdür, konkret maddələr və ya bəndlərlə bağlı hərənin bir qənaəti var. Amma yekun etibarilə demək olar hər kəs yeni qanunun qəbul olunmasının vacibliyi ilə bağlı məsələdə həmrəy oldu.

Siyasi partiyalar hazırda özlərinin ən aktiv dövrlərini yaşayırlar. Ümid edirəm ki, yeni qanun həmin aktivliyi bir qədər də artıracaq və partiyaların daha rahat, daha geniş fəaliyyəti üçün zəmin yaradacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR