7NEWS.az xəbər verir ki, Avstraliyanın Viktoriya ştatında həvəskar qızıl kəşfiyyatçısı üzərində minlərlə dollar dəyərində qızıl olan 4,6 kiloqramlıq qaya parçası tapıb. Qızıl axtaran qayanın yarısını kəşfiyyat avadanlığı satan Darren Kampa aparıb. Təəccüblənən Kamp bunun 43 illik karyerasında indiyə qədər gördüyü ən böyük nümunə olduğunu söyləyib. Qayanın tərkibində 2,6 kiloqrama yaxın qızıl olduğu açıqlanıb.
7NEWS.az