“Heydər Əliyev hakimiyyətə qayıtmasaydı hətta müstəqilliyimiz, mövcudluğumuz belə sual altında qalacaqdı.” - DEPUTAT

OXUNUB: 448 GÜNDƏM Özəl SİYASƏT
"Azərbaycanın xilası Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb və məhz həmin qayıdışdan sonra  ölkəmiz yeni dövrə qədəm qoyub, öz yüksəlişinə nail olub.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Ona görə də biz Heydər Əliyevə "Xilaskar” deyirik. Ona görə o böyük günü "Milli Qurtuluş günü” adlandırırıq. Çünki Ulu Öndər hakimiyyətə qayıtmasaydı ölkə daxilindəki xaos daha da dərinləşəcəkdi və nəinki ümumu durum, hətta müstəqil dövlət kimi mövcudluğumuz belə sual altında qalacaqdı. Amma o qayıtdı, bütün məsuliyyəti öz üzərinə götürdü və bizi sözün gerçək anlamında xilas etdi!

Heydər Əliyevin xatirəsi hər zaman qəlbimizdədir. Tanrı o BÖYÜK səxsiyyətə qəni-qəni rəhmət eləsin.” – deyə Partiya Sədri fikirlərinə davam edib.

RƏYLƏR