Heydər Əliyev prospektində ağır qəza: Ölən var

OXUNUB: 872 HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

İcmal.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub və nəticədə, piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 İcmal.Az


RƏYLƏR