Münaqişə Himalay dağlarında Çin və Hindistanın mübahisəli sərhəd bölgəsində baş verib.
7NEWS.az xəbər verir ki, Parlamentdə deputatlara açıqlama verən Hindistanın müdafiə naziri Rajnath Singh Çin əsgərlərinin Yantszı çayı yaxınlığındakı Hindistan ərazisinə girərək bölgədəki status-kvonu birtərəfli qaydada dəyişməyə çalışdıqlarını bildirib. Sinqh Hindistan əsgərləri arasında ciddi xəsarətlərin olmadığını və hər iki tərəfin tezliklə geri çəkildiyini vurğulayıb.
Dekabrın 9-da iki ölkə arasında qeyri-müəyyən sərhəd xəttini müəyyən edən De-fakto Nəzarət Xətti (LAC) boyunca baş verən qarşıdurma nəticəsində hər iki tərəfin hərbçiləri yaralanıb.
Hindistanın bölgədəki komandiri "sülh və əmin-amanlığı bərpa etmək” məqsədilə çinli həmkarı ilə bu məsələni müzakirə etmək üçün görüş keçirib.
7NEWS.az