Hindistanın şimali-şərqində təbii fəlakət baş verib.
Yağışlar mövsümünün başlaması daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Assam ştatının fövqəladə hallar departamentindən bildiriblər ki, qurbanlar ya suda boğulublar, ya da evlərin uçması səbəbindən ölümcül xəsarət alıblar.
Son iki həftədir davam edən leysan yağışları Braxmaputra çayında suyun səviyyəsinin artmasına və daşqınlara səbəb olub. Assam ştatında 750 kəndin 400 min sakini evlərini tərk etmək məcburiyyətində qalıb./olke.az
İcmal.Az

























