Hindistanda dəhşət — İkibaşlı uşaq doğuldu - FOTOLAR

OXUNUB: 947 DÜNYA
Hindistanda iki başı olan uşaq anadan olub.
İcmal.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Hindistanın Ambayoqay ştatında baş verib. Bu tip körpələri parapaqi adlandırırlar.

Hind mətbuatı bildirir ki, uşağın çəkisi 3.7 kq-dır və iki ürəyi var. Fərqli ağ ciyəri olan körpənin ümumi orqanları da var. Doğuşdan sonra siam əkizinin nəfəsalma problemi ortaya çıxıb.
Qeyd edilir ki, hamilə qadın hamiləliyinin 32-ci həftəsində qarnındakı sancı şikayəti ilə həkimə müraciət edib.

Körpə hamiləliyin 36-cı həftəsində dünyaya gəlib və 1 sutka sonra vəfat edib.
 
 
İcmal.Az

RƏYLƏR