7NEWS.az xəbər verir ki, Hindistanın Tamil Nadu əyalətinin Kilveedi kəndindəki Draupati məbədində Əmman Draupati şənliyi çərçivəsində müxtəlif tədbirlər keçirilib. Ötən gecə baş verən hadisələr zamanı şou nümayiş etdirən şəxslərin asdığı kran aşıb. Yerli vaxtla saat 20:15 radələrində baş verən qəzada 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb. Qəzadan sonra kran operatoru saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
7NEWS.az