Hindistanda helikopter eniş zamanı qəzaya uğrayıb: 3 YARALI

OXUNUB: 155 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hindistanın Kerala əyalətində yerləşən Koçi şəhərində Sahil Mühafizəsinə məxsus helikopter Koçi beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində ALH-DHRUV Mark 3 helikopterinin 3 ekipaj üzvü yaralanıb. Bildirilib ki, qəza helikopterin təlim uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra tsiklik idarəetmə sistemlərinin reaksiya verməməsi səbəbindən təcili eniş edərkən baş verib. Qəza ilə bağlı araşdırma başlanarkən, ekipajın minimum nəzarətlə helikopteri ən təhlükəsiz şəkildə endirdiyi açıqlanıb.

7NEWS.az

RƏYLƏR