Hindistanın şimalında ildırım faciəyə səbəb olub.
Ən azı 26 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
İnsident Uttar-Pradeş və Bixar ştatlarındabaş verib. Bu barədə yerli mətbuat xəbər yayıb. Xilasedicilərin bildirdiyinə görə ölənlər arasında qadınlar və uşaqlar da var.
Qeyd edək ki, Hindistanda yağışlar mövsümündə ildırımvurma nəticəsində ölümlərin sayı çox olur./olke.az
İcmal.Az

























