Hindistanın Udaypur şəhərində tutulmuş 4 metrlik piton ilanın içindən it çıxıb.
İlanı Umarda kəndində tövlənin yanında görüblər. Yerli sakinlər kömək üçün vəhşi heyvanları xilas edən təşkilata müraciət ediblər. Oraya gələn xilasedicilər pitonu təhlükəsiz yerə aparmaq üçün qaldırarkən, onun boğulduğunu görüblər. İlan çətinliklə də olsa, ovunu ağzından çıxara bilib.
Yarım saata yaxın davam edən xilasetmə əməliyyatından sonra pitonu Baqdar milli parkına apararaq, azadlığa buraxıblar./oxu
İcmal.Az

























