Hindistandan ABŞ-a uçan sərnişin təyyarəsi Rusiyaya eniş edib

OXUNUB: 200 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ötən gün Hindistanın paytaxtı Yeni Dehlidən ABŞ-ın San-Fransisko şəhərinə getmək üçün havaya qalxan Air India şirkətinə məxsus sərnişin təyyarəsinin mühərriklərindən biri nasaz olub. 216-sı sərnişin, 16-sı ekipaj üzvü olmaqla, ümumilikdə 232 nəfəri daşıyan təyyarə Rusiyanın Maqadan hava limanına enib. Aviaşirkətdən verilən açıqlamada bu gün Rusiyaya daha bir təyyarənin göndərildiyi, sərnişinlərin isə iyunun 8-də San Fransiskoya aparılacağı açıqlanıb.

7NEWS.az

RƏYLƏR