Hindistanlı onunla evlənməkdən imtina edən qızı yandırdı

OXUNUB: 745 DÜNYA

Hindistanın Heydərabad şəhərində polis öz sevgilisinin qətlində şübhəli bilinən 28 yaşlı şəxsi saxlayıb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə "BBC News"  məlumat yayıb.

25 yaşlı Sandha Rani evə qayıdarkən iş yoldaşı Karthik Vanqanın hücumuna məruz qalıb. 

Şahidlərin sözlərinə əsasən, mübahisə zamanı Karthik qadının üzərinə benzin tökərək yandırıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, Sandhanın həyatını xilas etmək mümkün olmayıb.

Qadının tanışları bildiriblər ki, Vanqa iki il ərzində Raniyə bir neçə dəfə evlilik təklifi edib, lakin hər dəfə rədd cavabı alıb.

İcmal.Az

RƏYLƏR