7NEWS.az xəbər verir ki, Şərqi Afrikanın Malavi ölkəsində, Mozambik sərhədinə yaxın Şire çayının Nsanje bölgəsində begemot qayığa hücum edib. Hücumun dünən baş verdiyini ifadə edən səlahiyyətlilər, batan qayıqda bir uşağın həyatını itirdiyini, 23 nəfərin isə itdiyini açıqlayıb. Səlahiyyətlilər 14 nəfərin öz imkanları və ya ətrafdakıların köməyi ilə batan qayıqdan sağ çıxdığını bildirib. Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini və sağ qalanın tapılması ümidlərinin azaldığını bildirib.
7NEWS.az