7NEWS.az xəbər verir ki, İngiltərənin London şəhərindəki Hitrou hava limanında yük anbarında müntəzəm yoxlamalar zamanı uran tapılıb. Hadisə ilə bağlı 60 yaşlarında şübhəli bilinən şəxs saxlanılıb. London Polis İdarəsindən verilən açıqlamada, Çeşir bölgəsində yaşayan şəxsin "terror cinayətləri" şübhəsi ilə saxlanıldığı, lakin girov müqabilində sərbəst buraxıldığı bildirilib. Şübhəli şəxs radioaktiv cihaz və materialların hazırlanması və saxlanması ilə bağlı qanun çərçivəsində saxlanılıb. London Polis Departamentinin terrorla mübarizə polisinin rəhbəri Riçard Smit bildirib ki, indiyədək məlum olanlar fonunda "insident ictimai təhlükəsizliyə heç bir təhlükə törətməyib”. Polisin hadisə ilə bağlı araşdırmalarının davam etdiyini bildirən Smit, şübhəlinin yaşadığı evin də araşdırıldığını və təhlükə yarada biləcək hər hansı bir maddənin olmadığını bildirib.
7NEWS.az