Hollandiya Avropanın ən böyük qaz yatağını bağlayır

OXUNUB: 214 Özəl DÜNYA
1963-cü ildən istismarda olan təbii qaz quyuları qışın həddindən artıq soyuq keçəcəyi təqdirdə daha bir il açıq qalacaq, lakin 2024-cü ilin oktyabrında tamamilə bağlanacaq.

7NEWS.az xəbər verir ki, Hollandiya Avropanın zəlzələdən zərər çəkmiş ən böyük təbii qaz yatağını bağlayır Hollandiyada hökumət 1 oktyabr 2023-cü ildə Avropanın ən böyük təbii qaz yatağı olan zəlzələ təhlükəsi olan bölgədə yerləşən Qroningenin fəaliyyətini dayandıracağını açıqlayıb.

Rusiyanın Ukraynadakı müharibəsindən qaynaqlanan qlobal enerji böhranına baxmayaraq, qərara səbəb bölgədə 20 ildən artıqdır yaşanan və mənbəyinin qazma işləri olduğu bildirilən zəlzələlər olub.

7NEWS.az

RƏYLƏR