Avropa Birliyi Polis Təşkilatının (Europol) koordinasiyasında Hollandiya və Almaniyada həyata keçirilən əməliyyatda 250 ton qanunsuz fişəng ələ keçirilib, 2 şübhəli saxlanılıb.
7NEWS.az xəbər verir ki, Europoldan verilən yazılı açıqlamada, Hollandiya və Almaniya polisinin birgə əməliyyatı nəticəsində qeyri-qanuni olaraq buraxılmaq üçün sərhədin Almaniya tərəfindəki bir anbarda 250 ton fişəngin tutulduğu bildirilib.
Qeyd olunub ki, əməliyyatda Hollandiyada saxlanılan 2 nəfər kağız üzərində qurduqları şirkət vasitəsilə yalnız müəyyən firmaların sərt şərtlərlə sata bildiyi fişəngi işə salmağı hədəfləyib.
Hollandiya və Almaniyada atəşfəşanlıq sağlamlıq və təhlükəsizliyə təhlükə yaratdığına görə ciddi şəkildə məhdudlaşdırılır və müəyyən şirkətlər vasitəsilə qeydə alınmış satışlara imkan verir. Hollandiya və Almaniya təhlükəsizlik qüvvələrinin noyabr ayında həyata keçirdiyi əməliyyatda 350 ton qaçaq fişəng ələ keçirilib.
7NEWS.az