Hollandiya Əczaçılar Assosiasiyası (KNMP) 2022-ci ildə əczaçılıq ləvazimatlarının çatışmazlığının əvvəlki illə müqayisədə 50 faiz artdığını bildirdi.
7NEWS.az xəbər verir ki, 2022-ci ildə müxtəlif növ dərmanlarda il ərzində 1514 'təchizat çatışmazlığı' yaşandığı, bu da 2021-ci ilə nisbətən 50 faiz artım deməkdir. Ölkədə bir dərmanda tədarük çatışmazlığını göstərmək üçün ən azı 14 gün rəflərdə olmamalıdır. 2022-ci il ərzində tədarük çatışmazlığının orta hesabla 91 gün davam etdiyi bildirilən açıqlamada problemin yüzdə 32 istehsal çatışmazlığı, yüzdə 14 qeyri-kafi keyfiyyət və tədarükdə yüzdə 12 artımdan qaynaqlandığı bildirilib.
7NEWS.az