Hollandiyada İkinci Dünya Müharibəsindən qalan bomba məhv edildi

OXUNUB: 217 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Amersfoort Mərkəzi Stansiyasında qatar relslərində aparılan təmir işləri zamanı partlamamış bomba aşkar edilib. Açıqlamada, bomba zərərsizləşdirmə qrupları (EOD) tərəfindən zərərsizləşdirilən bombanın İkinci Dünya Müharibəsi dövrünə aid olduğu bildirilib və bombanın ağırlığını və hansı ölkəyə aid olduğunu müəyyən etmək üçün işlərin davam etdiyi qeyd edilib. Hollandiyanın mərkəzi bölgəsində yerləşən Amersfoort, maddi-texniki cəhətdən əhəmiyyətli yerləşdiyi üçün İkinci Dünya Müharibəsi illərində dəfələrlə bombardmanlara məruz qalıb.

7NEWS.az

RƏYLƏR