7NEWS.az xəbər verir ki, Hollandiyanın ilk türk əsilli bələdiyyə sədri Huri Şahin Rijswijk Bələdiyyəsində keçirilən mərasimdə and içərək rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Mərasimdəki çıxışında Şahin yaxınlarda dünyasını dəyişən atasının 60-cı illərdə fəhlə kimi Hollandiyaya gəldiyini ifadə edərək, "Atam heç məktəbə getməmişdi, amma yenə də yazmağı və öyrənməyi bacarırdı.Mən ondan ilham alıram"-dedi.
7NEWS.az