7NEWS.az xəbər verir ki, Hökumət bu tətbiqlə itmiş pişikləri daha qısa müddətdə sahiblərinə qaytarmaq və sahibsiz heyvanların səbəb olduğu sığınacaq xərclərini azaltmaq istəyir. Hollandiyada yalnız itlərdə çip və qeydiyyat tələbi var idi. Hökumət əvvəlcə pişiklər üçün mikroçiplərin tətbiqini zəruri hesab etməyib, çünki bu, onların sahiblərinə əlavə maliyyə və inzibati yük qoyacaq. Bununla belə, Hollandiyanın Kənd Təsərrüfatı, Təbiət və Qida keyfiyyəti naziri Piet Adema, pişiklərin artıq məcburi çip və qeydiyyat əhatəsinə daxil ediləcəyini açıqladı. Adema görə, Hollandiyada təxminən 2,9 milyon ev pişiyi var.
7NEWS.az