7NEWS.az xəbər verir ki, Qırmızı Xaç, UNICEF Hollandiya, Oxfam Novib və kilsələr də daxil olmaqla bir çox xeyriyyə təşkilatının təşəbbüsü ilə təşkil edilən yardım tədbiri çərşənbə günü səhər saat 05:55-də başlayıb. Giro555 milli yardım xəttinə ianələr 28 milyon avro ilə başlayıb. Günün ikinci yarısında bu məbləğ 42 milyon avroya çatıb. Bütün yerli və milli radio kanalları, qəzetlərin saytları gün ərzində kampaniyaya dəstək verib. Axşam saatlarında toplanan yardımın məbləği 55 milyon avroya çatıb. Axşam saat 20:30-da bütün dövlət və özəl televiziya kanalları birgə yayıma başlayıb. Hollandiyada zəlzələ bölgəsindən və xilasetmə işlərindən görüntülərin yer aldığı canlı yayımda türk əsilli jurnalistlər və sənətçilər də iştirak edib.
7NEWS.az