Hollandiyalı hakim Azərbaycandan üzr istədi

OXUNUB: 723 İDMAN
Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçında hakim səhv qərarı ilə yadda qaldı. İCMAL.az xəbər verir ki, görüşü idarə edən hollandiyalı FIFA referisi Dennis Yohan Hiqler 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu qeydə almadı və yığma 0:1 hesabı ilə uduzdu. Matçdan sonra hakim səhvini etiraf edib. Epizodun videoyazısına baxan hollandiyalı Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçdən və komanda üzvlərindən verdiyi yanlış qərara görə üzr istəyib.



RƏYLƏR