Honduras Tayvan əvəzinə Çinlə diplomatik əlaqələr qurdu

OXUNUB: 163 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Mərkəzi Amerika ölkəsi Honduras Tayvanla diplomatik əlaqələri kəsdiyini elan etdikdən sonra Çinlə diplomatik əlaqələrə başlayıb. Honduras "Bir Çin” siyasətinə görə Tayvanı Çinin bir hissəsi kimi qəbul edib.

Tayvan administrasiyası Hondurası Çini seçməzdən əvvəl "hədsiz miqdarda pul tələb etməkdə" günahlandırıb.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, nazir Çin Qanq və Honduraslı həmkarı Eduardo Reina Pekində diplomatik münasibətlərin qurulmasına dair birgə bəyannamə imzalayıblar.

7NEWS.az

RƏYLƏR