7NEWS.az xəbər verir ki, Mərkəzi Amerika ölkəsi Hondurasda Komayaqua şəhərinin El Portillo de La Mora kəndində avtomobilə silahlı hücum təşkil edilib. Hadisə yerinə çoxlu ilkin tibbi yardım və polis qrupları göndərilib. Səlahiyyətlilər, avtomobildə olan 8 nəfərin hadisə yerində, 1 nəfərin isə aparıldıqları xəstəxanada dünyasını dəyişdiyini bildirib.
7NEWS.az