“Human Right Watch” Ermənistanın Bərdəyə kaset bombalarını atdığını TƏSDİQLƏDİ

OXUNUB: 874 Özəl SİYASƏT

"Ermənistan qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kassetli sursatı ya özü istehsal edir, ya da alır”.

Bu barədə "Human Right Watch”ın hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, həmin bombalar Bərdə şəhərinə qarşı tətbiq olunub.

"Bu qəddar silahların beynəlxalq konvensiya ilə qadağan edilməsinin bir səbəbi var və bu silahların şəhərin mərkəzində istifadəsi mülki həyata və beynəlxalq hüquqa kobud bir hörmətsizlikdir”, - təşkilatın mütəxəssisi Belkis Ville bildirib.

Həmçinin Bərdə şəhərində 21 dinc sakinin həlak olduğu, 70 nəfərdən çox insanın yaralandığı vurğulanıb.

RƏYLƏR