“Hüquq-mühafizə orqanları Tofiq Yaqublu barədə ölçü götürməlidir.” – Elşən Musayev

OXUNUB: 439 GÜNDƏM Özəl SİYASƏT

"Tofiq Yaqublunun sosial şəbəkələrdən püskürdüyü təhqirlər, böhtanlar, iftiralar artıq heç bir hədd, sərhəd tanımır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu adam barədə ölçü götürməlidir.”– 7NEWS.AZ  xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Adam sanki həbs olunmaq, cinayət məsuliyyətinə cəlb edilmək üçün əlindən gələni edir, dəridən-qabıqdan çıxır. Belə şeymi olar? Bu qədər təhqirmi olar? Bu qədər iyrənclikmi olar? Bu qədər namərdlikmi olar?

Hər statusunda cinayət məcəlləsinin bəlkə 6-7 maddəsi var. Ağzına, ağlına gələni danışır. Söyüş maşınına çevirib, feysbuk səhifəsini.

Kimsən axı sən? Hələ də müsavatçı yoxsa axcp-çi olduğunu dəqiqləşdirib qurtara bilməyən adam! Əli Kərimlinin klounu! Qaraguruhun rəzillik simvolu! Siyasi bomj! Tərbiyəsiz məxluq!

Susacağımızı düşünürsənsə, yanılırsan! Hər addımda cavabın veriləcək! Hər kəlmən 10 qatı ilə, 100 qatı ilə özünə qayıdacaq. Biləsən!” – deyə millət vəkili fikirlərinə davam edib.”

RƏYLƏR