İbrahim Kalın: Türkiyə Suriyada əməliyyatı dayandırmayacaq

OXUNUB: 573 DÜNYA

Suriyanın hökumət qüvvələri Afrinə daxil olsa belə, Türkiyə "Zeytun budağı” əməliyyatını dayandıran deyil.

Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.

Kalın bildirib ki, Türkiyə öz torpaqlarını terrorçulardan qorumaq üçün Afrin əməliyyatını beynəlxalq hüquq çərçivəsində aparır.

Rəsminin sözlərinə görə, "Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünü pozmaq məqsədi daşımır.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, hökumətyönümlü Suriya qüvvələrinə aid olduğu iddia olunan 10 avtomobilin Afrina daxil olmağa çalışdığını bildirmişdi. Türkiyə Silahlı Qüvvələrinin xəbərdarlıq atəşindən sonra yaraqlılar Afrin yaxınlıqdakı əraziləri tərk edib./oxu

İcmal.Az

RƏYLƏR