İçərisində dövlət işçiləri olan avtobus qəzaya uğradı - 7 nəfər öldü

OXUNUB: 500 DÜNYA

Hindistanın cənubunda yerləşən Telinqan ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb.

İnsident Karimnaqar-Varanqal magistralında baş verib.

İlkin ehtimal olaraq bildirilir ki, yük maşını idarəetməni pozaraq avtobusla toqquşub.

 

Məlumata görə, avtobusda dövlət qulluqçuları olub.

Daha 15 nəfərin xəstəxanaya çatdırıldığı deyilir. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir./trend

İcmal.Az

RƏYLƏR