"İçimdən bir səs mənə dedi ki, onu öldür" - 15 yaşlı oğlandan dəhşətə gətirən cinayət - FOTO

OXUNUB: 791 DÜNYA

Video-oyun asılısı olan 15 yaşlı oğlan 21 yaşlı qızı bıçaqlayaraq öldürüb.

İcmal.Az xarici mətbuata istinadla xəbər verir ki, Moskvada Aleksey Maksimov adlı yeniyetmə 21 yaşlı Daria Evdokimovanın gözlərini çıxardıb, başından, boynundan və sinəsindən bıçaqlayıb.

Polisin verdiyi məlumata görə, Aleksey adam öldürməyin necə hiss olduğunu bilmək üçün cinayət törədib.

Aleksey Darianın arxasına düşərək izləyib, o, bankdan pul çıxararkən hücum edib, qətlə yetirib, sonra da pulunu oğurlayaraq hadisə yerindən qaçıb.

Qızı öldürdükdən sonra evinə gedən Maksimov nəsə olmamış kimi video-oyun oynamağa davam edib.

"Komsomol" qəzetinin yazdığına görə, polislər onun evinə basqın etdikdə Aleksey öz otağında "Player Unknown's Battlegrounds" oyununu oynayıb.

"Onu öldürmək niyyətim yox idi. Ancaq birdən içimdən bir səs mənə dedi ki, onu öldür. Çünki, həmişə öz əlinlə adam öldürməyin necə bir hiss olduğu barədə düşünmüşəm", - Aleksey ifadəsində söyləyib. O, bildirib ki, oyundakı ssenarini gerçəkləşdirmək istəyib.

O, cinayəti rahat şəkildə etiraf etdikdən sonra həbs olunub.

Qatilin və qurbanın fotolarını təqdim edirik:

İcmal.Az

 


RƏYLƏR